home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
Azərbaycan Respublikası Mərkəzi Bankı. 
Referat müsabigəsi.
2-ci yer.


Mirzəzadə Lalə

Azərbaycan Dövlət İqtisad Universiteti
İxtisas: Maliyyə

Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri.

Banklar pul dövriyyəsini təşkil etmək, kreditləşmə və depozit əməliyyatlarını yerinə yetirmək, qiymətli kağızlarla əməliyyatlar aparmaq və başqa müxtəlif xidmətlər göstərməklə ölkədə iqtisadi inkişafa xeyli təkan verir.Bankların belə fəaliyyətinə ölkəyə məxsus xüsusiyyətlər əlavə edilincə isə bank sitemi spesifik forma alır.

Azərbaycan Respublikasının bank sistemi ikipillələli olmaqla mərkəzi bankdan və kommersiya banklarından ibarətdir və bir çox ölkələrin bank sistemləri ilə müqayisədə olduqca cavandır.1991-ci il 18 oktyabrdan başlayan müstəqillik tariximizdə mərkəzi bankın yaradılması 1992-ci ilin fevral ayına təsadüf edir.Həmin il 11 fevral tarixində “Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında” Fərman imzalandı və 12 fevraldan etibarən qüvvəyə mindi.Artıq bu günlərdə biz Mərkəzi Bankın və onun timsalında Azərbaycan bank sisteminin 20 illiyini qeyd edirik və bu dövrdəki inkişafdan ətraflı danışmaq mümkündür.

Bank sisteminin inkişafında ilkin islahatlar qanunvericilik sahəsində keçirilmişdir.Bank fəaliyyətinin hüquqi əsasları müştərilərin və bankın mənafeyini, o cümlədən, dövlətin maraqlarını müdafiə etməlidir.Tərəflər arasındakı münasibətləri hüquqi əsasda tənzimləmək üçün “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” qanunları qəbul olunmuşdur.

Azərbaycan Respublikasının dinamik inkişafı və beynəlxalq münasibətlərə inteqrasiyası bank fəaliyyətinin hüquqi əsaslarında da bir sıra dəyişikliklər və yeniliklər edilməsinə səbəb oldu.2004-cü il ildə “Azərbaycan Respublikasının Milli Bankı haqqında” və “Banklar haqqında” yeni qanun layihələri qəbul olundu. “Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında” 18 mart 2009–cu il tarixli Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar olaraq “Azərbaycan Respublikası Milli Bankı” “Azərbaycan Respublikasının Mərkəzi Bankı” adlandırıldı.

Bank sitemində baş verən islahatların digər qismi institutsional inkişaf və maliyyə infrastrukturunun genişləndirilməsi istiqamətində olmuşdur.Artıq ölkədə bütün dövlət bankları özəlləşdirilmiş (Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla), yeni kommersiya bankları və kredit institutları yaradılmışdır.Regionlar üzrə bankların 656 filialı və 147 şöbəsi fəaliyyət göstərir.Bank sisteminin stabil inkişafı xarici investorları da bu sahəyə cəlb etmişdir.Hal-hazırda ölkəmizdə 22 xarici kapitallı bank fəaliyyət göstərir ki, onlardan 7-sinin nizamnamə kapitalında xarici vəsaitin payı 50%-dən yüksəkdir .

Bankların fəaliyyətə başlaması üçün qanunvericilikdə bir sıra şərtlərin yerinə yetirilməsi və lazimi sənədlərin təqdim olunması bildirilir.Kommersiya banklarının fəaliyyət göstərməsinin vacib şərtlərindən biri nizamnamə kapitalının 5 mln. manatdan aşağı olmaması idi.Qanunvericilikdə edilən dəyişikliklər nəticəsində 2010-cu il 1 yanvar tarixindən bu məbləğ 10 mln. manat müəyyənləşdirildi.Bunun səbəbi əhalinin banklara etibarının bərpa olunması üçün əsas yaratmaq, əmanətlərin itirilməsinin qarşısını almaq idi.

Əhalinin əmanətlərinin təhlükəsizliyinin təmin edilməsi üçün əsaslı addım 29 dekabr 2006-cı il tarixində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.Qanuna müvafiq olaraq əmanətlərin sığortalanması məqsədilə Əmanətlərin Sığortalanması Fondu formalaşdırılmışdır.Fondun idarəetmə orqanı Himayəçilik Şurasıdır ki, onun tərkibində Mərkəzi Bankın üç nümayəndəsi iştirak edir.

Azərbaycan Respublikasında əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi (Milli) Bankı nəznində Azərbaycan İpoteka Fondu yaradılmışdır. Azərbaycan İpoteka Fondu tərəfindən əhaliyə ipoteka kreditlərini verilişi birbaşa deyil AMB tərəfindən seçilmiş müvəkkil kredit təşkilatları vasitəsilə həyata keçirilir. AİF-un fəaliyyətinə ümumi nəzarəti Mərkəzi Bankın İdarə Heyəti həyata keçirir.

Bank sistemi ölkə iqtisadiyyatı ilə qarşılıqlı təsirdədir.Beləki, bank sitemi iqtisadiyyatın inkişafını təmin edir, əvəzində isə iqtisadiyyat bank sisteminin təkmilləşdirilməsi zərurətini yaradır.Hasilat sənayesinə əsaslanan iqtisadiyyatımızın bu sahədə davamlı fəaliyyətini gözləmək doğru olmazdı.Neft sektorundan əldə olunan irimiqyaslı gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldilməlidir.Bu məqsədə nail olunmasında əsas vasitəçi kimi isə banklar çıxış edir.

Son 10 ilə qədər bankların iqtisadiyyatın inkişafına təsirindən söhbət belə gedə bilməzdi. Əgər 2001-ci ildə iqtisadiyyata qoyulan uzunmüddətli kreditlərin həcmi ümumi kreditlərin 27,1%-ni təşkil edirdisə, 2010-cu ildə bu göstərici 72% olmuşdur .

Bank bölməsinin iqtisadiyyatın inkişafına təsirini 2004-2008 və 2009-2013-cü illər üzrə regionların sosial-iqtisadi inkişaf proqramının nəticələrində də görmək mümkündür.

2004-2008-ci illərdə pərakəndə əmtəə və xidmətlər dövriyyəsi isə 3,2 dəfə, o cümlədən, pərakəndə əmtəə dövriyyəsi üzrə 1,9 dəfə , pullu xidmətlər üzrə 3,6 dəfə artmışdır. Pərakəndə əmtəə dövriyyəsinin strukturunda əhəmiyyətli dəyişikliklərin baş verməsinə banklar tərəfindən uzun müddətli istifadə olunan malların satışının kreditləşməsi tendensiyası xüsusi aktivlik yaratmışdır. Bunun nəticəsində pərakəndə əmtəə dövriyyəsinin strukturunda ərzaq mallarının satış dövriyyəsi 2,8 dəfə artdığı halda, qeyri-ərzaq mallarının satışı 3,1 dəfə artmışdır.

Bank sektorunun inkişafının sürətləndirilməsi, əhali tərəfindən banklara əmanət qoyuluşunun stimullaşdırılması məqsədi ilə 27 oktyabr 2009-cu il tarixli “Banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlərin gəlir vergisindən azad edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər 2010-cu il yanvarın 1-dən 3 il müddətinə gəlir vergisindən azad edilmişdir. Əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, bu xidmətlərdən istifadə üçün əlverişli şəraitin yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi məqsədilə Mərkəzi Bank tərəfindən hazırlanmış “Bank olmayan kredit təşkilatları haqqında” Qanun 9 fevral 2010-cu il tarixindən qüvvəyə minmişdir.

Artıq tətbiq olunan proqramlardan da göründüyü kimi Azərbaycanın bank sistemi öz inkişaf dövrünü yaşayır.Hal-hazırda nağdsız ödənişlərlə əməliyyatlar tam təkmilləşməmişdir.Əhalinin əksər hissəsi nağd puldan istifadə edir.Bu səbəbdən də iqtisadiyyatın kreditləşməsi ləngiyir.Digər tərəfdən əhalinin bir qisminin banklara etibarının hələ də bərpa olunmaması tamamlanmamış məsələ kimi qalır.Həmçinin kredit faizlərinin yüksək olması Azərbaycanın bu sahədə beynəlxalq arenaya çıxmasına maneə törədir.

Təkliflərim əhalinin nağdsız hesablaşmalara keçidinin dövlət səviyyəsində stimullaşdırılması, əhalinin bankların etibarlılığına dair təlimatlandırılması və kreditlər üzrə faiz dərəcələrinin beynəlxalq göstəricilərə uyğunlaşdırılması istiqamətindədir.


 
Created by Azerin LLC