home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
Azərbaycan Respublikası Mərkəzi Bankı. 
Referat müsabigəsi.
1-ci yer.


Aynur Aliyeva

Əliyeva Aynur Natiqovna

Azərbaycan Dövlət İqtisad Universiteti
İxtisas: Maliyyə-kredit

Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri.

Azərbaycan çox qədim tarixə malik , lakin müstəqillik baxımından gənc ölkə olmasına baxmayaraq qısa vaxt
çərçivəsində çox yüksək iqtisadi artıma , inkişafa nail olmuşdur. Əldə olunan nailiyyətlərdə bank sisteminin
rolu xüsusi qeyd olumalıdır. Çünki iqtisadi inkişaf səviyyəsindən aslı olmayaraq istənilən ölkənin
iqtisadiyyatının möhkəmliyində, hərtərəfli və dinamik inkişafında həmin ölkənin bank sisteminin əsaslı
dərəcədə böyük rolu vardır. Ümumiyyətlə, Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolunu
aydınlaşdırmaqdan ötrü tarixə nəzər salmaq lazımdır. İqtisadi tənəzzül adlandırdığımız 1991-1995 ci illərdə
Azərbaycanın bank sistemi , ümumiyyətlə maliyyə sistemi iflic vəziyyətində idi. Bu iqtisadi problemlərin həll
olunmasında Mərkəzi Bankın (həmin dövrdə Milli Bankın ) qarşısında ciddi vəzifələr dururdu. Belə ki, istənilən
ölkənin bank sisteminin idarəolunması, bankların fəaliyyətinə nəzarət , pul-kredit tənzimlənməsi məhz Mərkəzi
Banklar tərəfindən həyata keçirilir. Həmin dövrdə AMB tərəfindən həyata keçirilən siyasət düzgün olmasa idi
hal-hazırda Azərbaycan İqtisadiyyatı bu cür inkişaf etməzdi.

Müasir bazar iqtisadiyyatı şəraitində bankların verdiyi kreditlər nəticəsində iqtisadiyyatın ayrı –ayrı sahələrinin
maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir. Misal üçün,
banklar tərəfindən kənd təsərrüfatı sahələrinə verilən güzəştli kreditlər həmin sahədə istehsalın artımına,
istehsal olunmuş məhsulların ixracına , məşğulluğun artırılmasına, ölkənin aqrar sektorun və onunla əlaqədar
olan digər sahələrin ( yeyinti, yüngül) inkişafına və s. birbaşa və dolayı təsir edir. Bundan əlavə olaraq banklar
tərəfindən verilən kreditlərlə yeni tikililərin, məktəblərin, ali təhsil ocaqlarının tikilməsi, yolların salınması
ölkənin infrastrukturunun inkişafına, müxtəlif müəssisələrin yaradılması isə istehsalın həcminin artmasına,
əhalinin məşğulluğunun təmin olunmasına, bununla əlaqədar olaraq dövlət büdcəsinə vergilərin daxil
olmasına təsir edir. Ayrı-ayrı sahələr üzrə məhsul istehsalı nəticə etibarilə ÜDM-in artmasına gətirib çıxarır.
Kreditlərdən əlavə olaraq məhz banklar AMB-nın keçirdiyi pul-kredit siyasətində onun əsas rıçaqlarından biri
hesab olunur. Belə ki, banklar vasitəsilə AMB-ın pul emissiyasını həyata keçirir, dövriyyədə olan pul kütləsini
tənzimləyir. Banklar tərəfindən əhalinin pul kütləsinin depozitə cəlb olunması həm dövriyyəyə əlavə pul
emissiyasının qarşısını alır ( depozitlərdən istifadə edərək kredit verir) , yəni, bir növ pul artıqlığı olanlarla, pula
ehtiyacı olanlar arasında əlaqə yaradır, eləcə də əhali banklarda yatırdıqları depozitlərdən aldıqları faizlərlə
yaşayışını təmin edir. Banklar tərəfindən nağdsız hesablaşmaların təmin olunması istər ölkə daxili, istərsə də
ölkədən kənar idxal-ixrac əməliyyatları zamanı hesablaşmaların asanlıqla həyata keçirilməsinə şərait yaradır.
Müasir dövrdə AR-da fəaliyyət göstrərən kommersiya bankları ikili xarakter daşıyır. Belə ki, onlar həm
kommersiya təşkilatı olmaqla yanaşı həm də ictimai təsisat rolunu oynayırlar. Yəni ki, kommersiya təşkilatı
kimi məqsədləri mənfəət əldə etmək, ictimai təsisat dedikdə isə maliyyə sisteminin bir qanadı başa
düşülməlidir. İstənilən halda “pul kütləsi “ iqtisadiyyatın vəziyyətinə təsir edən əsas amillərdən biridir. Məhz
onun düzgün şəkildə idarəolunmasında bank sisteminin rolu böyükdür, banklarsız onların idarəolunmasını
təsəvvür etmək qeyri-mümkündür.

Aşağıda verdiyim qrafikdən də məhz əyani şəkildə 2005-2011 ci illər ərzində ÜDM-in və bank sektorunun
göstəricilərinin illər üzrə artımının şahidi ola bilərik. Belə ki, bank sektoru üzrə görtəricilərdə bu və ya digər
artım ölkənin ÜDM-nin artmasına əsaslı surətdə ( yuxarıda qeyd etdiyim yollarla) təsir edir.

Qrafik 2008-ci ildə baş vermiş qlobal iqtisadi böhranın ölkə iqtisadiyyatına güclü təsirinin olmamamsı məhz bank
sektorunun dayanıqlı olmasından xəbər verir. Belə ki, ABŞ-da bir sıra bankların müflis olması (Lehman Brothers) , RF-nın bank sektorunda çəkdiyi bir sıra çətinliklər olduğu halda Azərbaycanın bank sektorunda
yuxarıdakı ölkələrin bank sektorlarında olan problemlərinin olmamamsı məhz onların dayanıqlı olduğunu
göstərir. Onu da qeyd etmək istərdim ki , nüfuzlu reyting agentliyi Moody Azərbaycanın bank sektorunun
inkişafını çox yüksək qiymətləndirmiş, bank aktivlərinin keyfiyyətinin artdığını ön plana çəkmişdir.

Fikrimcə, bank sistemində bəzi çatımazlıqlar vardır və bunların həll olunması bank sisteminin Azərbaycanın
iqtisadi inkişafında rolunun artırılmasına təsir edə bilər:
- kommersiya banklarının verdiyi debet (kredit) kartları üzrə sığorta haqqının yüksək olması.
- Pos-terminalların azlığı:
- Kommersiya banklarında dünyada mövcud olan dönərli valyutaların mübadiləsinin çətinliyi.
- Kommersiya banklarında kreativliyin olmamaması ; Belə ki, xarici ölkələrdə əhalinin həvəsləndirilməsi
üçün bir sıra müsabiqələrin keçirilməsinin tez-tez şahidi ola bilərik.
- Kommersiya banklarının əməliyyatlarında daha çox ancaq kredit yönümlü olması ; Fikrimcə, qiymətli
kağızlarla əməliyyatlara da üstünlük verilsə həm kommersiya bankları üçün , həm də AR-da bir o qədər də
güclü inkişaf etməyən qiymətli kağızlar bazarınıın inkişafına müsbət təsir edər.
-Bir sıra banklarda Mərkəzi Bank bankların məcmu kapitalına qoyduğu 10 milyon manatlıq həddə riayət
edilməməsi ; 6 bankın məcmu kapitalı bu həddən azdır.
- Mən bir tələbə olaraq istərdim ki, banklarda bacarıqlı tələbələrin ixtisaslı kadr kimi formalaşması üçün
müəyyən təlimlər keçirilsin. Onların bankda keçirilən əməliyyatlarla daha yaxından tanış olmaq, daha çox
təcrübə toplamaq üçün şərait yaradılsın. Universitetlərdə AMB-ın əsas fəaliyyət istiqamətləri, makro-iqtisadi
göstəricilər və nəticələr barəsində vaxtaşırı seminarların təşkil edilməsi müsbət hal olar

- Ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasını nəzərə alaraq, İslam Bankçılıının inkişafı etdirilməsi vacibdir.
Həmçinin, 2009-cu ildə Bakının “İslam Mədəniyyətinin Paytaxtı” olmasını nəzərə alaraq, bu sistemin ilkin
mexanizmlərinin yaradılması müsbət hal olardı.


 
Created by Azerin LLC