home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
10 fevral 2012, Bakı.  Azərbaycan Mərkəzi Bankının 20 illik yubileyi qeyd edildi

Azərbaycan Mərkəzi Bankının fəaliyyətə başlamasının 20 illiyi münasibəti ilə yubiley tədbiri keçirilib.

Tədbirdə çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov mərasim iştirakçılarını salamlayaraq, bildirdi ki, Azərbaycan Mərkəzi Bankının yubileyi müstəqil dövlət quruculuğu tarixinin ən parlaq dövründə - ölkəmizin davamlı inkişafı, getdickə müasirləşməsi və qabaqcıl dünya dövlətləri sırasına cəsarətlə qoşulması şəraitində qeyd edilir. Azərbaycan bu gün sözün əsl mənasında sosial, iqtisadi və mədəni intibah dövrünü yaşayır. Bu intibahın əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən iqtisadi strategiyaya və onun bəhrələrinə söykənir.

E.Rüstəmov Mərkəzi Bankın 20 illik inkişaf dövrünə nəzər saldı. Bildirdi ki, Azərbaycan öz dövlət müstəqilliyini qazandıqdan sonra, 1992-ci ilin fevral ayında yaradılan Mərkəzi Bankın ilk illərdəki fəaliyyəti ölkədəki qeyri sabit siyasi və iqtisadi vəziyyət dövrünə təsadüf etmişdir. Bu dövrdə Mərkəzi Bankın yaranması və fəaliyyətinin hüquqi bazası olsa da onun qiymətlərin səviyyəsinin və milli valyutanın məzənnəsinin sabitliyinə yönələn səmərəli pul siyasəti yeritmək, sabit bank sistemi qurmaq üçün imkan və təcrübəsi yox idi. Siyasi iqtisadi böhran, hərbi təcavüz və vətəndaş qarşıdurması ilə müşayət olunan belə bir çətin dövrdə məhz Ümummilli lider Heydər Əliyevin siyasi dəstəyi ilə ölkədəki makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində genişmiqyaslı, radikal islahatlar həyata keçirildi və bəhrəsini verdi. Mərkəzi Bankın əhəmiyyətli valyuta ehtiyatları formalaşdı, infilyasiyanın səviyyəsi minimuma endi, manatın məzənnəsinin sabitliyinə nail olundu.

Mərkəzi Bank ölkədə dayanıqlı bank sisteminin formalaşmasında, ödəniş sisteminin müasirləşməsində, elektron bankçılıq təcrübəsinin tətbiqində, iqtisadiyyatın nağd pulla fasiləsiz təmin olunmasında, nəhayət insan kapitalının formalaşmasında qarşısında duran vəzifələri müvəffəqiyyətlə həll etmişdir.

Çıxışında Elman Rüstəmov həmçinin qeyd etdi ki, 20 illik fəaliyyəti dövründə Mərkəzi Bank üç böyük böhran sınağından uğurla çıxmışdır. Belə ki, Mərkəzi Bankın hökumətlə birlikdə məqsədyönlü fəaliyyəti sayəsində 1993-1994-cü il transformasiya böhranı, 1998-ci il Asiya və 2008-ci il qlobal maliyyə böhranları zamanı ölkədə makroiqtisadi sabitlik və bank sisteminin dayanıqlığı qorunmuş, iqtisadi inkişafa zəruri dəstək verilmişdir.

E.Rüstəmov qeyd etdi ki, son qlobal maliyyə böhranından sonra dünya müstəvisində baş verən dəyişikliklər, post-böhran dövründə dünyada gedən gərgin iqtisadi proseslər fonunda Mərkəzi Bankın qarşısında duran vəzifələr də mürəkkəbləşir, yeni hədəflər yaranır. Mərkəzi Bankın başlıca missiyası qiymətlərin sabitliyini təmin etmək, maliyyə sabitliyini qorumaq və ölkənin iqtisadi inkişafına dəstək verməkdir. Onun sözlərinə görə, mühüm dövlət institutu olaraq Mərkəzi Bank bundan sonra da ölkənin iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Prezident İlham Əliyevin “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyasının hazırlanması barədə sərəncamını xatırladan E. Rüstəmov bildirdi ki, sənədin strateji prioriteti yaxın illərdə ölkənin yüksək gəlirli dövlətlər qrupuna daxil olmasını təmin etməkdir. Bu prioritetdən çıxış edərək və “XXI əsrin Mərkəzi Bankı” ideyasını rəhbər tutaraq Mərkəzi Bank müasir çağırışları öz missiyası çərçivəsində yeni strategiya və innovasiyalarla adekvat qarşılamaq əzmindədir.

Tədbirdə həmçinin yubiley münasibətilə hazırlanmış poçt markasının təqdimatı, eləcə də “Azərbaycan Mərkəzi Bankının ölkə iqtisadiyyatında rolu” mövzusunda məqalə müsabiqəsinin və “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda referat müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi də keçirildi. Daha sonra Mərkəzi Bankın 20 illik fəaliyyətini əks etdirən “Azərbaycan Mərkəzi Bankı – 20 ildə” adlı film nümayiş etdirildi.




 
Created by Azerin LLC