home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
10 fevral 2012, Bakı.  Azərbaycan Mərkəzi Bankının Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə keçirdiyi referat müsabiqəsinə yekun vuruldu

Mərkəzi Bankın fəaliyyətinin 20 illik yubileyi münasibəti ilə 16-31 yanvar 2012-ci il tarixində “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda tələbələr və magistrlər arasında elan olunan referat müsabiqəsi başa çatmış, qaliblər müaəyyən olunmuşdur.

Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu, bu sektorun inkişaf istiqamətləri barədə tələbələrin baxışlarının, fikirlərinin, təkliflərinin öyrənilməsi, maarifləndirmə işinin təşviq edilməsi məqsədilə iqtisadiyyat və maliyyə ixtisasları üzrə III və IV kurs bakalavr tələbələri, həmçinin magistrlər arasında elan olunan müsabiqəyə 33 referat təqdim olunmuşdur.

Müsabiqə qaydalarında təsbit olunmuş meyarlar əsasında aparılmış qiymətləndirmənin nəticələrinə görə:

- ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Əliyeva Aynur tərəfindən təqdim olunan “Ölkənin iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda referat işi birinci yerə;

- ADİU-nun bakalavr 4-cü kurs tələbəsi Mirzəzadə Lalə tərəfindən təqdim olunan “Azərbaycanın iqtisadi inkişafında bank sisteminin rolu və inkişaf istiqamətləri” mövzusunda referat işi ikinci yerə;

- ADA-nın 1-ci kurs magistri Vəliyev Samir tərəfindən təqdim olunan “Azərbaycan bankları və onların regionlarda fəaliyyəti” mövzusunda referat işi isə üçüncü yerə layiq görülmüşdür.




 
Created by Azerin LLC