home Mərkəzi Bank   Kommunikasiya departamenti  English
Logo Capitol map blur
 

        Azərbaycan
        Respublikasinin
        Mərkəzi Banki
        20 ildə

        Azərbaycan Respublikasi
        Mərkəzi Bankinin
        əməkdaslarinin təltif
        edilməsi

        Sədrin Çıxısı

        Xatirə Sikkəsi

        Poçt Markası

        Press Relizlər

        Məqalə Müsabiqəsi

        Referat Müsabiqəsi

        Foto Galereya

        Video Qalereya

  Press Relizlər       Məqalə Müsabiqəsi       Referat Müsabiqəsi       Foto Qalereya       Video Qalereya    
   
Azərbaycan Respublikası Mərkəzi Bankı. 
Məqalə müsabiqəsi.
3-ci yer.


Əlixanov Abdulla
Lund Universiteti, İqtisadiyyat və İdarəetmə məktəbi İqtisadiyyat Departamenti,
Maqistr Elmi Dərəcəsi üzrə tələbə

Makro-iqtisadi sabitlik və bank sektorunun inkişafında Mərkəzi Bankın rolu

Azərbaycan iqtisadiyyatı 2003-2011-ci illər ərzində uğurlu bir inkişaf dövrü keçmişdir. Bu dövr ərzində iqtisadiyyatın bir çox sahələrində önəmli irəliləyişlər olmuşdur. Özəlliklə ölkənin karbohidrat ehtiyatlarının hasilatı və ixracı nəticəsində neft və qeyri-neft sektoru inkişaf etmiş və təsadüfi deyilki, “neft silahı” hal-hazırkı inkişafın əsas hərəkət verici qüvvəsini təşkil etməkdədir.

Cənab prezidentimizin başçılığı ilə ölkənin və regionun Enerji Təhlükəsizliyini uğurla reallaşdıran karbohidrat ehtiyyatları üzrə geniş miqyaslı enerji layihələri ilə yanaşı, qeyri-enerji (TRASECA və Bakı-Tibi Qrafik 1 lisi-Qars layihələri) davam etdirilmiş və regionun müsbət iqtisadi inkişafını sürətləndirmişdir. Regional layihələrlə yanaşı respublika üzrə “Regionların Sosial-İqtisadi İnkişaf üzrə Dövlət Proqramlar”ı sosial-iqtisadi həyat səviyyəsini yaxşılaşdırmışdır. Məhz, bu inkişafın əsasında və davamlı olmasının qorunub saxlanılmasında, iqtisadi və dövlət qrumlar olaraq, Azərbaycan İqtisadi İnkişaf Nazirliyninin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun və xüsusi ilə makro-iqtisadi və maliyyə sabitliyin qorunub saxlanılması və bank sektorunun dinamik inkişafında Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) özəl yerə malikdir.

Bəs Mərkəzi Bankın iqtisadi-sosial inkişafa dəstəyi, pul-valyuta siyasətinin tərkib hissələri və nəticələri mədən ibarətdir? Biz real həyatmızda buları necə görür və ümumiyyətlə, hiss edirikmi? Bu kimi, digər sualları cavablandırmaq məqsədilə məqalədə paraqraflar aşağıdakı şəkildə öz əksini tapacaqdır. İlk öncə mən, AMB-nın 1995-2002-ci illərdə fəallityətini qısa şəkildə şərh edəcəm. Daha sonra, Azərbaycanın yeni “modernləşmə dövrü” olan 2003-2011-ci illərdə iqtisadi-sosial inkişafı makro-iqtisadi rəqəmlər ilə təhlil ediləcək və Mərkəzi Bankın iqtisadi inkişafa dəstəyi və xüsusi ilə pul-valyuta siyasəti ilə maliyyə sabitiliyinin qoruması analiz ediləkdir. Həmçinin, bank sektorunun inkişafı dinamikası statistik rəqəmlərlə ifadə ediləcək, nəzarət və bazar alətləri bank sektorunun inkişafına təsirləri ön plana çəkiləcəkdir. Daha sonra, qısa şəkildə, 2003-2011-ci illər ərzində Maliyyə Böhranın iqtisadiyyatımıza dolayı təsirləri və AMB-nın adekvat tədbirlərinin analizi yer alacaqdır. Eyni ilə, hal-hazırkı Avropa Borc Böhranın mümkün ola biləcək təsir dalğası qısaca şərh ediləcəkdir. İrəlidə həmçinin, bankın ödəniş sistemlərinin təşkili digər makro-iqtisadi parametrlər ilə paralel analiz ediləcək və nəğd pul dövriyyəsinin idarə olunması təhlil ediləcəkdir. Bu arada, mən həmçinin, AMB-nın əsas hədəfləri və insan kapitalının inkişafı və ictimai maarifləndirici tədbirləri önəmliliyi qeyd ediləcəkdir. Sonda, istər bank sektornun inkişafında, və istərsə də monetar siyasətin daha da effektiv olması və iqtisadi inkişafı davamlı dəstəkləməsi məqsədilə mümkün təklif və analizlərlə elmi məqaləyə yekun vurulacaqdır.


Azərbaycan Mərkəzi Bankı: 1995-2002 ci illərdə

Azərbaycan Respublikasını 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra, hər bir sahədə olduğu kimi iqtisadiyyatın maliyyə və bank sistemində də müstəqil siyasət reallaşdırmağa başlamışdır. Təbii, bu sahədə Mərkəzi Bank (o zaman Milli Bank) fəaliyyəti də istisna deyildir. Odur ki, 1992-cu ilin Avqustunda “Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu və “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanun qəbul edilmişdir. Həmin ayın 15-də Azərbaycan Respublikasının milli valyutası – manat (rublla bərabər) tədavülə buraxılmışdır. Eyni ilə həmin ilin dekabrında, “Azərbaycan Respublikasının Milli Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar qəbul etmiş və bank sektorunun fəaliyyəti üçün labüd olan aktlar AMB-ın hüquq bazasının təməlini qoymuş və bank fəaliyyətinin yeni ictimai-iqtisadi şəraitə uyğunlaşmasına şərait yaratmışdır (AMB, 2011). Bir sözlə, sözügedən aktların nəticəsi olaraq Milli Bank tədavülə pul nişanları buraxılmasına müstəsna hüququ olan və ehtiyat sistemi rolunu yerinə yetirən dövlətin mərkəzi bankı kimi müəyyən edilərək bank sistemi üzərində tənzimləyici və nəzarətedici səlahiyyətlərə sahib olmuş və monetar siyasətlə iqtisadiyyatın inkişafına birbaşa dəstəyə başlamışdır.

Müstəqəlliyin bərpası və bank sisteminin təməl prinsiplərinin müəyyən edilməsi və fəaliyyətinin ilkin illərində, AMB əsasən klassik mərkəzi bank funksiyalarını yerinə yetirir və beynəlxalq əməkdaşlıqları genişləndirirdi. Tez bir zamanda, AMB-ın beynəlxalq əməkdaşlığı nəticəsində, Dünya Bankı (1992), İslam İnkişaf Bankı (1992) və daha sonrakı illərdə Avropa Yenidən Qurma və İnkişaf Bankı (1999), Beynəlxalq Maliyyə Korporasiyası (1999) və daha sonra Beynəlxalq Valyuta Fondu, və həmçinin, sonralar, Almaniyanın, ABŞ-ın, Böyük Britaniyanın, Rusiya və Türkiyənin qabaqcıl beynəlxalq kommersiya bankları Azərbaycan ilə əməkdaşlığa və bank sektoruna investitsiya etməyə başlamışdılar. Fəaliyyətin ilkin illərində, ölkədəki inflasiya dərəcəsinin aşağıya endirilməsi və maliyyə sabitlyinin qorunması pul siyasətinin başlıca hədəflərindən biri idi. AMB digər post sovet ölkələri kimi, ölkədəki qiymətləri çox rəqəmli inflasiyadan birrəqəmli kimi endirməyi qısa zamanda bacarmışdır (Fischer and Sahay 2000). Təsadüfi deyil ki, fəaliyyətinin ilk illərində Mərkəzi Bank 1992 və 1997-ci illər ərzində AMB-ın həqiqi və leqal müstəqil monetar siyasəti aparmaq iqtitarında olması aşağı səviyyədə idi. Müvafiq olaraq 1992 və 1996-cu illərdə aparılmış araşdırmalara görə bu əmsal (Həqiqi ve Hüquqi müstəqillik üzrə) 0.21 və 0.26 təşkil etmişdir (Cukierman et al. 2002). Nəzərə almalıyıq ki, müstəqilliyin ilkin illərində çətin iqtisadi-sosial vəziyyəti və Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın düşmənçilik siyəsətinin davam etdiyi bir zamanda iqtisadi və maliyyə sabitliyini qorumaq olduqca çətin iqtisadi məsələlərdən biri hesab edilməli idi. Əlavə olaraq qeyd edək ki, monetar siyasətin ölkədəki inflasiya dərəcəsinə və ümumi daxili məhsula real təsir etməsi üçün uzunmüddətli bir dövr tələb edir və təsirlər üzrə gecikmələrində olması təbii hesab edilməlidir (Blinder, 1998). Çünki, mərkəzi banklar iqtisadiyyatda heç də tam informasiya malik olması qeyri-realdır və Eyni zamanda, müəyyən daxili (endogen) və xarici (eqzogen) şoklar haqqında informasiyanın əldə oluması və tam tədqiq edilməsi zaman tələb edir (Sorenson və Yorgen 2010). Lakin müstəqiiliyin sonrakı illərində, və xüsusilə 2004-cü ildə Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanuna və digər qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklər edilməsindən sonrakı illərdə, həqiqi ve hüquqi müstəqillik üzrə əmsal göstəricisi yaxşılaşmışdır. Daha dəqiq, daha sonrakı illərdə və müasir dövrdə bu göstərici 0.62 və daha sonra 1.34 qədər yüksəlmişdir (Nurməmmədov, 2009). Məhz bu göstərici AMB-nın pul-valyuta siyasətinin təsir imkanlarının genişlənməsini ifadə edən göstəricilərdən biri hesab edilə bilər.

İllər keçdikcə, Mərkəzi Bank monetar siyasətlə iqtisadiyyatı tənzimləmək mexanizmlərini və iqtisadiyyata real təsirlərini səmərəli şəkildə artırmaqda idi. Şübhəsiz, bu arada ölkə iqtisadiyyatı inkişaf edir və AMB-nın monetar (pul-valyuta) tənzimləyici və stabilləşdirici mexanizm və funksiyaları ilə iqtisadiyyata öz dəstəyini verirdi. Ümumiyyətlə bir faktı qeyd etmək lazımdır ki, AMB-nın fəaliyyəti ərzində Azərbaycan İqtisadiyyatı valyuta böhranlarına və xarici şoklara qarşı tam dayanıqlı olmuşdur. Xüsusilə, 1997-1998-ci illərdə Asiya ölkələrindəki (Rusiya, Cənubi Koreya, İndoneziya, Tailand) və 1999-2000-ci illərdə Cənubi Amerika (Braziliya, Arqentina) ölkələrindəki olan böhranların təsirinə məruz qalmamış və milli valyutanı sabitliyini və bankların artmaqda olan inkişaf dinamikasını müvafiq olaraq 1995-2002-ci və 2003-2011*1-ci illər üzrə uğurla təmin etmişdir. Ümumiyyətlə fəaliyyətin sözü gedən dövründə, xarici və daxili investorların Azərbaycan Bank sektoruna olan inmaı artmış və bunun nəticəsi olaraq bank sektoruna yatıramların artması ilə nəticələnmişdir. Eyni zamanda, Mərkəzi Bank tərəfindən sözügedən hüquqi və qanunverci islahatların nəticəsi olaraq, inflasiya, məşğulluq, tədiyyə balansında tarazlıq və pul kütləsi real iqtisadiyyatın tələblərinə uyğun şəkildə dəyişməsinə və nizamlandırılması reallaşdırılmışdır.


2003-2011-ci illərdə: AMB-nın makroiqtisadi sabitlikdə rolu

Azərbaycanın karbohidrat resursları zənginliyi, xarici ölkələrin enerji tələbatını təmin etməklə son illərdə ölkəmizdə xarici investitsiyaların və valyuta ehtiyatlarının artmasına və sosial-iqtisadi inkişafı artırmışdır. Məhz bu faktor, iqtisadi artımın əhəmiyyətli hissəsinin neft sektoru təşkil etməsini labüd etmişdir. Daha dəqiq, 2003-2010-ci illərdə ÜDM-in orta artımı 15.6%, qeyri-neft ÜDM-i 10.9%, və neft ÜDM 25.9% olaraq artmışdır. Təkcə, 2010-cu ildə ölkədə istehsal olunmuş ÜDM-in həcmi əvvəlki ilə nisbətən 5,0 % artaraq 41,6 milyard manata çatmışdır (Qrafik 1).

Qrafik 1

Qrafiq 1: Qeyri neft, neft və ümumi ÜDM-in artımı Mənbə: (AMB, 2003-2011*-ci illər)

Eyni ilə, 2003-2011*-ci illərdə əhali gəlirlərinin və orta əmək haqqı müvafiq olaraq 22.2% və 20.2% artmışdır. İqtisadi artım inflasiya yarıdıcı faktorları sürətləndirdiyi halda, AMB-nın inflasiya hədəfləri nəticəsisində, dövr ərzində orta İstehlakçı Qiymətləri İndeksi (İQİ) birrəqəmli-8.9%, saxlanılmış və real əhali gəlirlərinin artımını təmin etmişdir. (Qrafik 2)

Qrafik 2

Qrafik 2: Əhali gəlirləri və İstehlak qitmətləri İndeksi (İQİ) (artım, %-ilə) Mənbə: AMB

artımına sığortalamışdır. Əlavə olaraq, qıssamüddətli dövrdə inflasiya ilə işsizlik arasında seçimin olmasına (Philisps, 1958) baxmayaraq, stabil monetar siyasətin nəticəsində, 2008-ci ildə yoxsulluq səviyyəsi 15.8 %, 2010-cu ildə isə 9.1 %-ə enimş və əlkə üzrə cəmi işsizlik göstəricis 6.1% təşkil etmişdir (WB, 2008). İnflasiya faktoru real əhalini gəlirlərinə təsir etməklə yanaşı, həmçinin ölkədə məşğulluğun səviyyəsinə təsir edən əsas faktorlardan biridir. Bu səbəbdən iqtisadi inkişaf AMB-nın stabil maliyyə siyasəti uzzunmüddətli dövr ərzində sosial-iqtisadi inkişafın bünövrəsini təmin edə bilmişdir.

2006-2011*-ci illərdə əsas pul siyasəti aləti hesab edilən uçot dərəcələrində dövr ərzində tələb olunan pul kütləsinə uyğun şəkildə, AMB tərəfindən tarazlamışdır. Xüsusi ilə, Maliyyə Böhranına sonrakı dövrdə iqtisadi aktivliyi dəstəkləmək məqsədilə uçot dərəcələri azaldılmışdır (Qrafiq 3).

Qrafik 3

Faiz dərəcələrninin aşağı endirilməsi inflasiya yaradıcı faktoru bir qədər gücləndirsədə investitsiyaların artırlması müsbət təsir etməklə, iqtisadi artımı dəstəkləmişdir. Faiz dərəcləinrin sögüdən dövr üzrə, iqtisadi artıma olan təsiri, inflasiya yaradıcı təsirlərdən daha yüksək olması ilə izah edilə bilər. Çünki aşağı faiz dərəcələri investitsiyanın artımı ilə düz mütənasib asılıdır (Sorenson və Yorgen, 2010). Lakin, 2010-cu ilin noyabrında AMB-ı inflyasiya səviyyəsinin neytrallığını təmin etmək üçün uçot dərəcəsini 2%-dən 3%-ə qaldırılmışdır.

Bu dövr ərzində milli valyutamız ABŞ dolları və AVRO ilə müqayisədə məzzənnə sabitliyini qorunmuşdur. Xüsusilə, dollarla məzənnənin son illər sabitliyi ölkədə inflasiyanın və dollarlaşmanın qarşısının almasına və sosial durumun dəstəklənməsinə əlverişli şərait yaratmışdır. Eyni ilə məzzənnənin dəyişkənliyinin sabitliyi və AMB tərəfindən Manatın böhran və böhrandan sonrakı illərdə dəyərsizləşməsinin qarşınısı alınması, əhalinin depozit və əmənatlər üzrə fərdi portfelin diversfikasiyası edilməsi qərarlarında riskləri azaltmışdır. Eynilə, Azərbaycan ticarət balansına da öz təsirini göstərmişdir. Ötən dövr ərzində cəmi ixracın həcmi idxalı dəfələrlə qabaqlamış və ölkəmizin ticarət balansı müsbət olmaqla yanaşı, təkcə, 2005-2010-cu ildə təqribən beş dəfə artaraq iqtisadi artımı sürətlənməsinə zəruri dəstək vermişdir (Qrafiq 4)
.
Qrafik 4

2010-cu ildə ixracın 26.5 mlrd. $ nı yəni təqribən 90% neft-qaz məhsulları olmuşdur. Lakin, ixrac neft və neft məhslullarının həcmi son zamanlar qeyri-neft sektorunun inkişafı ilə dəyişməkdədir. Bu trendin daha da artması və iqtisadiyyatın şaxələnməsi məqsədilə yaxın zamanda kreditlər üzrə bank faizlərinin azalması istiqamətində tədbirlər görülməsi məqsədəuyğundur. Təsadüfi deyildir ki, AMB-nın sədri cənab E.Rüstəmov, faiz dərəcəsi amilin iqtisadiyyatın disversifikasiya olunması və hərtərəfli inkişafında vacibliyini xüsusi qeyd etmişdir (Trend, 2011). Çünki, aşağı bank faizləri ilə investitsiya həcm və tələblərinin artırılmasında və iqtisadi artımın sürətlənməsində katalizator rolunu oynayan iqtisadi faktordur (R.Chetty, 2006). Həmçinin, sözügedən dövr ərzində qeyri neft sektoru üzrə Nominal və Real effektiv məzzənələr daha dəyişkən olmuşdur (Qrafiq, 5).

Qrafik 5

2010-cu ildə, qeyri-neft sektoru üzrə NEM (ümumi ticarət dövriyyəsi üzrə) 3.4% REM isə 4.8% bahalaşmışdır ki, bu da inflyasiyaya potensial olaraq azaldıcı təsir göstərmişdir. Ümumiyyətlə, inkişafda olan ölkələrdə, üzən valyuta rejimi ilə müqayisə də sabit məzzənnə siyasəti daha məqbul hesab edilir.

Yeni “modernləşmə dövründə” AMB-ıb və o cümlədən, Azərbaycan Respublikas Dövlət Neft Fondunun (ARDNF) valyuta ehtiyatları dəfələrlə artmışdır. Portefelin diversifikasiyası, likvid və təhlükəsiz idarəetmə prinsipləri nəticəsində, təkcə oktaybr 2011-ci il tarixinə AMB-nın sərəncamında olan rəsmi valyuta ehtiyatları həcmi, 8.4% artaraq 6 mlrd 943.3 mln ABŞ dolları təşkil etmişdir (AMB,2011). 2010-cu ildə, valyuta aktivlərinin idarə edilməsi üzrə faiz gəlirliliyi 0,43% təşkil etmişdir. Ehtiyatların idərə olnmasında beynəlxalq təcrübədən yararlanma, AMB-nın daima qabaqcıl maliyyə təşkilatıarı texniki əməşdaşlıq və inteqrasiya mühitində fəaliyyəti, iqtisadi inkişaf üçün olduqca əhəmiyyətlidir. Bütünlüklə, ARDNŞ-nın valyuta ehtiyatları ilə birgə, Azərbaycanın valyuta ehtiyatları təqribən 37.5 ABŞ dollar təşkil edir (Qrafik 6).

Qrafik 6

Mənbə: AMB,Statistik Bulleten və ARDNF Hesabtlar Arxivi: 2010, 2011*(Oktyabr)

Valyuta ehtiyatlarımızn həcmi Azərbaycan iqtisadiyyatının kifayətliyi təqribən 38 ay müddətinə iqtisadiyyatın təmin etmək iqtitarındadır. İstər AMB və istərsə də, ARDNŞ-da olan ehtiyatlar ölkənin liqvidiliyin artımış və iqtisadiyatımızın xarici borclanmadan asılılığıını dəfələrlə azaltmlşdlr. Təsadüfi deyildir ki, hal-hazırda Avro Zonasının Böhranının əsas səbəblərindən biri məhz ölkələrin üzləşdiyi borc böhranıdır ki, Yunanıstan, İtaliya, Portuqaliya və İrlandiya, kimi cənubi avropa ölkələri yaşamaqdadırlar. Müqayisə üçün qeyd edək ki, qeyd edilən ölkələrin xarici borclarının ÜDM-ə nisbəti 145%, 119%, 94% və 93% təşkil və orta Avropa İttifaqı ölkələrinin bu göstərici 70% olduğu halda, Azərbaycan xarici borcunun ÜDM-ə nisbəti 2008-ci ildə 5.3% təşkil etmişdir (İİN, 2010). Eyni zamanda, bu mövqe yarana biləcək yeni böhranlardan ölkəmizi sığortalaya deyə qeyd edə bilərəik və AMB-nın valyuta ehtiyatları maliyyə böhranları şəraitində kommersiya banklarının likvidlik problemlərinə dəstək verilməsi nöqteyi nəzərindən yerli kommersiya bankların inkişafını təmin etməsimə şərait yaradır. Milli səviyyədə valyuta təminatı və monetar sabitliyin böhrana cavabl və dayanıqlılığı artırmış olur (Summers, 2000).

Mənbə: AMB,Statistik Bulleten və ARDNF Hesabtlar Arxivi: 2010, 2011*(Oktyabr)

Valyuta ehtiyatlarımızn həcmi Azərbaycan iqtisadiyyatının kifayətliyi təqribən 38 ay müddətinə iqtisadiyyatın təmin etmək iqtitarındadır. İstər AMB və istərsə də, ARDNŞ-da olan ehtiyatlar ölkənin liqvidiliyin artımış və iqtisadiyatımızın xarici borclanmadan asılılığıını dəfələrlə azaltmlşdlr. Təsadüfi deyildir ki, hal-hazırda Avro Zonasının Böhranının əsas səbəblərindən biri məhz ölkələrin üzləşdiyi borc böhranıdır ki, Yunanıstan, İtaliya, Portuqaliya və İrlandiya, kimi cənubi avropa ölkələri yaşamaqdadırlar. Müqayisə üçün qeyd edək ki, qeyd edilən ölkələrin xarici borclarının ÜDM-ə nisbəti 145%, 119%, 94% və 93% təşkil və orta Avropa İttifaqı ölkələrinin bu göstərici 70% olduğu halda, Azərbaycan xarici borcunun ÜDM-ə nisbəti 2008-ci ildə 5.3% təşkil etmişdir (İİN, 2010). Eyni zamanda, bu mövqe yarana biləcək yeni böhranlardan ölkəmizi sığortalaya deyə qeyd edə bilərəik və AMB-nın valyuta ehtiyatları maliyyə böhranları şəraitində kommersiya banklarının likvidlik problemlərinə dəstək verilməsi nöqteyi nəzərindən yerli kommersiya bankların inkişafını təmin etməsimə şərait yaradır. Milli səviyyədə valyuta təminatı və monetar sabitliyin böhrana cavabl və dayanıqlılığı artırmış olur (Summers, 2000). Cədvəl 1: Azərbaycan banklarının inkişaf dinamikasının göstəriciləri, Mənbə: AMB
mln Manat

Cədvəl 1

Həmçinin, müştərilərə verilən kreditin həcmi də dövr ərzində artmışdır. Lakin müştərilərə verilən kreditlərin həcminin artırılması üçün kommersiya bankları və kredit təşkilatları tərəfindən faiz dərəcələrinin azaldılması və xüsusi ilə aqrar və fermer təsarüffatı və ilə məşğul olan sahibkarlara stimullaşdırıcı faiz güzəştləri tədbiq edilməsi vacib amildir. Təbii azad bazar iqtisadiyyatı şəraitində Mərkəzi Bankın bu prosesə birbaşa müdaxiləsi qəbul edilməzdir, çünki bu prosesi bazar tənzimləməlidir. Lakin Mərkəzi Bank bir sıra mexanimzlərlə nail ola bilər. Bunun üçün ilk öncə araşdırma və təhlillər aparılmalı və inkişaf etmiş ölkələrin təcrübələri öyrənilməlidir.

Cədvəl 1-dən göründüyü kimi Bankların Kapital Adevvatlığı göstəricisi artmışdır (Capital Adequacy Ratio-CAR). Belə ki, bu göstərici 2010 və 2011-ci illərin ilk yanvar aylarına müvafiq olaraq, 17.2% və 17.9% təşkil etmişdir (AMB, 2010). Xatırladaq ki, CAR məhz, bankların gəlirliyini və bank aktivlərin keyfiyyətini dərəcələrini müqayisə etmək üçün əsas göstəricilərdən biridir. Məhz bu göstərici ilə görə Azərbaycan təkcə 2007-ci ildə 16.5% göstərici ilə, Avropa İttifaqına namizəd Xorvatiyanı (15.7%) geridə qoya bilmişdir (Avropa Mərkəzi Bankı, 2008).

Aktivlərin və kreditlərin ÜDM-də çəkisi artım trendi ilə xarakterizə olunmuş və təkcə, 2011-ci ilin Oktyabr ayında müvafiq olaraq 33.3% və 21.5% təşkil etmişdir (Qrafik 7). Kreditlərin sahəvi sturkturunda və regionlardakı həcmində artımlar vardır. Həyata keçirilən institutsional və infrastruktur tədbirləri nəticəsində bank sistemi xarici investorların da kapitaldakı payını artmışdır. Misal olaraq, 2010-cu ildə, bank sektoruna xarici investisiyalarının həcmi 40,5 mln. manat (19,8%) artaraq 245 mln. manat təşkil etmişdir. Hazırda xarici kapitallı bankların sayı 22-dir.

Qrafik 7

Eyni ilə, aktivlərin artımı illər üzrə davam etməkdədir. Qeyd edildiyi kimi, 2005-2011-ci aktivlərin artımı illərdə orta hesabla 43.2% olması bank sektorunun rəqabətli inkişafının göstəricisidir və bu rəqabətlilik iqtisadi artımın əsas hərəkət verici qüvvəsidir. Bank kapitalının aktivlərə nisbəti illər üzrə sabit saxlanılmışdır. Lakin 2010 və 2011*-ci ildə ümumi gəlirlərin kapitala nisbəti azalmış və müvafiq olaraq 5.5% və 4.6% təşkil edir (Cədvəl 2).

Cədvəl 2

Kapitalın azalması bir faktoru, məhz bir sıra bankların gəlirli digər bankların isə rəqabətə dözməyərək daha az gəlirli olması və ümumi göstərici də bank sektoru üçün Gəlirlər/Kapital nisbətinin az olması ilə kimi şərh edilə bilər. Belə olduğu təqdirdə, hal-hazırda aşağı gəlirlə fəaliyyət göstərən kommersiya bankların birləşmə və ya satınalmaları (Merger and Acquisition) aktual hesab edilə bilər. Ümumiyyətlə, , AMB bank sektonun inkişaf dinamikasına dəstəyi olaraq pul-siyəsətinin səmərəli idarə edilməsi, maliyyə stabiliyinin qoruması və nəzarət mexanizimləri vasitəsilə (məsələn, Mərkəzləşdirilmiş Kredit Reyestri) bankların likvidliyinin və gəlirliyinin yüksəlməsini dəstək vermişdir. Eyni zamanda, inkişafın davamlı olması üçün, risklərin idarə edilməsi, “çirkli pulların yuyulmasının qarşısının alınması” və s. digər sahələr üzrə təlimlərin keçirilməsi ilə AMB kommersiya banklarında bilik və təcrübələrini artırmaqla, inkişafın əsas təməl prinsipinin insan kapitalının inkişafı olduğunu bir daha ortalığa qoymağı bacarmışdır.


Qlobal Maliyyə Böhranı şəraitində Azərbaycan İqtisadiyyatı

İstər böhrandan əvvəlki və istərsə də sonrakı illərdə, AMB böhrana qarşı adekvat tədbirlər həyata keçirmişdir. Ümumiyyətlə, böhranının Azərbaycana dolayı təsirlərini qeyd etməklə, AMB rolu ilə yanaşı, həmçinin, Azərbaycanın gələcək böhranlara mümkün qabaqlayıcı tədbirlərini işıqlandırmış olarıq. Qısa qeyd etsək, böhran iqtisadi aktivliyi azaladaraq, dünya neft qiymətləinin 2008-ci ildə kəskin şəkildə, 144$-dan 44$ kimi düşməsi ilə müşahidə edilmişdir. Qısa olaraq böhranın iqtisadiyyatımıza təsir istiqamətlərini aşağıdakı kimi xarakterizə oluna bilər (Cədvəl 3):

Cədvəl 3

Beləliklə, AMB böhran dövründə Azərbaycan iqtisadiyyatını və banklarını satbil inkişafını qorumuş oldu. Təsadüfi deyildir ki, “Fitch” Azərbaycannın kredit reytinqini 2008-ci ildə BB+ və 2009-cu ilin Mayında BB+ dərəcəsindən BBB- dərəcəsinə qaldırmışdır. Qeyd etməliyik ki, kredit reytinq ölkənin kredit/borc qabilliyətliyini qiymətləndirir. BBB- reytinqi ilə dünya institsional investorları tərəfindən tələb edilən minimum dərəcəni qarşılamaqla Azərbaycan İnvestitsiya dərəcəsi ölkələr siyahısına daxil olmuşdur. Beləliklə, Azərbaycan, Braziliya, Peru, Bolqarıstan və kimi ölkələr ilə eyni bir mövqeyə malikdir. Xüsusi ilə, böhranın Azərbaycan iqtisadiyatı üçün əsas təsir amillərindən əsası məhz neft amilidir ki, böhran xəbərləri ilə tərs mütənasibdir (Huseynli,2010). Ümumilikdə, cədvəldə qeyd olunan aspektlər, həyata keçirilən preventativ tədbirlər, düşünülmüş monetar siyasət və strateji valyuya ehtiyyatları və böhrandan sonrakı artım nəticəsində iqtisadiyyatımız böhrana qarşı dayanıqlı olmuşdur.

Ödəniş Sistemlərinin dinamikası üzrə trend analizi
AMB tərəfindən 2001-ci ildən etibarən, ən müasir texnologiya və proqram təminatlarına əsaslanan Milli Ödəniş Sistemi istifadəyə verilmişdir. Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemidir (AZİPS) üzrə ödənişlər, 2010-cu ildə 363 min ədəd olmaqla cəmi 78,425 mln AZN məbləğində əməliyyat emal olumuşdur. Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) isə əməliiyatların sayı 9785 min olmaqla cəmi məbləğ 6,409 mln manat təşkil etmişdir. 2011-ci ildə isə istər məbləğlərin və istərsə də əməliyyatların sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım ilə xarakterizə edilir (Qrafiq 8).

Qrafiq 8

Daha sonra, Elektron ödəniş sisteminin tərkibi olaraq, Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sistemi (KÖMİS) vasitəsilə bank və poçt şəbəkələrində komunal xidmətləri ödəmək və informasiya əldə olunması reallaşdırılmışdır. Təkcə 2010-cu ilin dekabr ayında KOMİS üzrə əməliyyatların sayı 772 (min) olmaqla 22,540 (min) manat təşkil etmişdir. Ümumiyyətlə ödəniş sistemlərinin inkişafı məqsədilə beynəlxalq əməkdaşlıq davam etdirilmiş və Dünya Bankı ilə birgə “Maliyyə Xidmətlərinin İnkişafı Layihəsi” “Azərpoçt” layihəsi başa çatdırılmışdır. Bununla da ödəniş sistemlərinin cografiyası genişlənərək ölkənin regionlarına istiqamətlənmişdir.

Ödəniş sistemlərinin tərkibi olaraq, 2010-cu ilin yekunu üzrə cəmi ödəniş kartları 4,1 mln. ədədi debet və 0,13 mln. ədədi isə kreditvə cəmi 4,231,869 ədəd olmaqla 2011-ci ilin son 10 ayı üzrə kartların sayı 5.6% artmışdır.. Bu məhz əhalinin ödəniş kartlarına istifadə meyli deməkdir. Ümumilikdə debet kartlarla aparılan əməliyyatlar 2010-cu və 2011*-ci ilin 10 ayı ərzində müvafiq olaraq 2.1% və 5% artmışdır. 2010-cu ildə kredit kartlarla rında artım daha sürətlə olmuş və 92% təşkil etmişdir (Qrafik, 9). Həmçinin, ölkə ərazisində yerləşən bank filiallarında, pərakəndə ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 7872 ədəd təşkil etmişdir ki, onlardan da 7069 ədədi Bakı şəhərində, 803 ədədi regionlarda quraşdırılmışdır.

Qrafiq 9

Ödəniş sistemlərinin tərkibi olaraq, 2010-cu ilin yekunu üzrə cəmi ödəniş kartları 4,1 mln. ədədi debet və 0,13 mln. ədədi isə kreditvə cəmi 4,231,869 ədəd olmaqla 2011-ci ilin son 10 ayı üzrə kartların sayı 5.6% artmışdır.. Bu məhz əhalinin ödəniş kartlarına istifadə meyli deməkdir. Ümumilikdə debet kartlarla aparılan əməliyyatlar 2010-cu və 2011*-ci ilin 10 ayı ərzində müvafiq olaraq 2.1% və 5% artmışdır. 2010-cu ildə kredit kartlarla rında artım daha sürətlə olmuş və 92% təşkil etmişdir (Qrafik, 9). Həmçinin, ölkə ərazisində yerləşən bank filiallarında, pərakəndə ticarət və xidmət müəssisələrində quraşdırılmış POS-terminalların sayı 7872 ədəd təşkil etmişdir ki, onlardan da 7069 ədədi Bakı şəhərində, 803 ədədi regionlarda quraşdırılmışdır.

ATM-lərə çəkilən əlavə xərcləri azaltmış olar. Nəticə etibari ilə, debet və kredit kartlardan yalnız ATM-lərdən nəğd pulu əldə etmək üçün yox, eyni zamanda istifadə genişliyi və müxtəlifliyi ilə İEÖ-lər də olduğu kimi əhalinin gündəlik həyatının tərkib hissəsi olar. Bu prosesin sürətləndirilməsi üçün həm Mərkəzi Bank və Vergilər Nazirliyi və etni zamanda kommersiya bankları maraqlı olmalı və qarşılıqı-əməkdaşlı şəkildə bu fəaliyyət məqsədə uyğun hesab edilir.

Nəğd pul dövriyyəsinin təşkili və pul aqreqatları Digər sahələrdə olduğu kimi, 2003-2011-ci illər Mərkəzi Bank iqtisadiyyatın nağd pula olan təlabatının tam həcmdə, tələb olunan strukturda və vaxtında ödənilməsini və nağd pul üzrə strateji ehtiyatların formalaşdırılmasını təmin etmişdir. 2011-ci yanvar ayını brinə olan məlumata görə ilə dövriyyədə olan nağd pul kütləsi (bank sistemindən kənarda və bankların kassasında olan nağd pul daxildir) 2010-cu ilin əvvəlinə nisbətən 28,4% (1280 mln. manat) artaraq 5,8 mlrd. manata, ədədlə isə 9,9% (28,2 min. ədəd) artaraq 310,6 mln. ədədə çatmışdır (Qrafiq, 10).

Qrafiq 10

2010-cu ildə geniş pul kütləsi (M3) 24.3% artaraq 10527.5 mln manata çatmış, manatla geniş pul kütləsi (M2) isə 34.5% artaraq ilin sonuna 8,297.5 mln. manat təşkil etmişdir. Hər monetar aqreqat üzrə 2011-ci ildə artım müşahidə edilir və bu bir qədər inflasiya faktorunu sürətləndirə bilər. Eyni ilə Azərbaycan Respublikasının expansiv büdcə xərclərinin artırması nəticəsin inflasiyanın bir qədər də npvbəti illərdə artmasını gözləmək olar. Ümumiyyətlə bu kimi faktorları və digər iqtisadi amilləri nəzərə alaraq, Mərkəzi Bank inflasiya hədəflərini sabit saxlamalıdır.

2010-cu cu ildə dövriyyədə olan pul nişanlarının məbləğcə 99,5%-ni əskinas, 0,5%-ni metal pul nişanları, ədədlə isə 50,9%-ni əskinas, 49,1%-ni metal pul nişanları ibarətdir. Dövriyyədə ən yüksək çəkiyə malik olan pul nişanı əskinaslar üzrə məbləğcə 100 manatlıq (64,1% və ya 3693,3 mln. manat), ədədlə 1 manatlıq əskinas (25,7% və ya 40,6 mln. ədəd) təşkil etmişdir (Qrafiq, 11).

Qrafiq 11

Həmçinin, qeyd edək ki, metal pul nişanları üzrə isə məbləğcə 20 və 50 qəpik, ədədlə isə 20 qəpik olmuşdur. Cəm olaraq, Mərkəzi Bank 1,3 mlrd. Manat (28,2 mln ədəd) həcmində emissiya təşkil etmişdir. Mərkəzi Bank saxta pul nişanlarına qarşı mübarizəni davam etdirmiş və 2010-cu ildə 1878 ədəd (56,396 AZN) saxta pul nişanı aşkar olunmuşdur. Saxta pul nişanlarına qarşısının alınması və azaldılması üçün debet və kredit kartlar vasitəsilə ödənişlərin nəğdsiz şəkildə həyata keçirilməsini sürətləndirmək istiqamətində tədbirlər görülməlidir. Dövlət qurumları birgə əməkdaşlığı nəticəsində, TV və KİV-lərdə maariflənidirici vasitələrin istifadə edilməsi nəticəsində kartların istifadəsinin artıtılmasına nail ola bilərik.

Azərbaycan Mərkəzi Bankının Beynəlxalq Əlaqələri
Azərbaycan Respublikasının milli iqtisadiyyatının getdikcə dünya iqtisadi sisteminə sürətli inteqrasiyası AMB-ın struktur bölmələrinin xarici texniki yardıma olan ehtiyaclarının daha dərindən öyrənilməsini, vaxtında və keyfiyyətli texniki yardımların əlaqələndirilməsini və gücləndirilməsini zəruri etmişdir. Məqalənin əvvəlində biz aparıcı maliyyə təşkilatlarının Azərbaycan iqtisadiyyatına inteqrasiyasını xüsusi qeyd etmişdik. Bu inteqrasiyanın nəticəsi olaraq, həmin maliyyə qurumları ilə qarşılıqlı layihələr həyata keçirilməyə başlamış və texniki əməkdaşlıq daha da sürətlənmişdir. Mərkəzi Bankın fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması və beynəlxalq təcrübənin öyrənilməsi bu prosesi labüd etmişdir. Hal-hazırda Mərkəzi Bank Almaniya, İsveçrə, Türkiyə, Polşa, Qazaxıstan və digər ölkələrin mərkəzi bankları ilə qarşılıqlı şəkildə fəaliyyat göstərir və inkişaf etmiş digər ölkələrin texniki və intelektual mübadilə prosesini həyata keçirir. Bütünliklə, beynəlxalq sahədəki bu fəalliyət AMB-ın qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsini təmin etməyə, aparılan islahatlar və modernləşmə tədbirlərində bank işində zəngin təcrübəyə malik olan xarici inkişaf etmiş ölkərin (İEÖ) mərkəzi bankların təcrübəsindən faydalanmağa bilavasitə şərait yaradır.

Eyni ilə həmin aparıcı ölkələrinin qurumlarının yüksək səviyyəli alim və mütəxxəssiləri mütəmadi olaraq, AMB-nın əməkdaşlarına və o cümlədən, digər kommersiya banklarının aparıcı mütəxəssiləri üçün təlimlər həyata keçirlər. Bu kimi təlimlərdən əsas məqsədi, bilik və praktiki bacarıqları daha da artıraraq Azərbaycanının bank sisteminin fəaliyyətində tədbiq edilməsindən ibarətdir. Təsadüfü deyil ki, 2011-2014-cü illər üzrə AMB-nin strateji hədəfləri sırasına funksional fəaliyyət sferalarının əsaslı müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması də yer alır. Bu hədəfi reallaşdırılması məhz, maliyyə-bank sistemini beynəlxalq standartlara uyğun olaraq inkişaf etdirmək və xarici dövlətlərin maliyyə-bank sisteminə inteqrasiyasını mütəmadi həyata keçirtməkdən ibarətdir ki, bu məsələdə də Mərkəzi Bankın fəaliyyəti olduqca səmərəli təşkil edilmiş və inkişaf etidirilməkdədir.


Mərkəzi Bankın Strateji hədəfləri və mümkün təklif və analizlər


Azərbaycan Respublikasının Mərkəzi Bankının fəaliyyətini daha səmərəli həyata keçirilməsi üçün bank özünün 2011-2014-cu illərdə “Strateji Plan”ını tərtib etmiş və bankın rəsmi saytında yerləşdirilmişdir. Strateji Planın əsas hədəfləri aşağıda qısa formada cəmlənmişdir (AMB, 2011);

AMB, 2011

Qeyd olunan “Strateji Plan”ın əsas doqquz hədəfi və həmin hədəflərin tərkib hissələrini nəzərə alaraq və ümumiyyətlə Mərkəzi Bankın fəaliyyətinin genişləndirilməsi, ictimai həyatda daha önəmli rol oynaması və iqtisadi inkişafına daha geniş dəstəyin verməsi məqsədilə aşağıdakı məsələlərin analizi və mümkün təkliflərin nəzərdən keçirilməsi təqdirə layiq hal olardı. Belə ki;

İqtisadi inkişafı davamlı dəstəyin reallaşdırılması• məqsədilə, monetar siyasətlə yanaşı, Vergilər Nazirliyi ilə fiskal siyasətinin birgə qarşılıqlı formada reallaşdırılması və bununla da, inflasiya hədəflərinin daha səmərəli şəkildə reallaşdırılması və ümumi məhsulun (output) artımına nail olunması vacib məqamdır (Taylor, 1993). Eyni zamanda, qeyri-dövlət iqtisadi təşkilatları ilə əməkdaşlığın artırılması. Bu əməkdaşlıq, iqtisadi layihələrin reallaşdırılması ilə yanaşı, AMB-nın KİV-lərdə fəaliyyətinin daha da işıqlandırılmasına və iqtisadi-sosial həyatdakı mövqeyini yüksəldilməsi nail olacaqdır. Təsadüfi deyil ki, bu gün Azərbaycan qeyri-dövlət təşkilatları olan iqtisadi qrumların fəaliyyət sahəsi genişlənməkdədir;

Bank sisteminin daha• da dinamik və davamlı inkişafı məqsədilə “fəaliyyətsiz və ya yararsız” (non-performing) kreditlər nəzarət mexanizmlərinin işlənib hazırlanması (BVF, 2010) və bu məsələdə üzrə kommersiya bankları üçün keçirilən təlimlərin davamlı həyata keçirilməsi;

Pul nişanlarının saxtalaşdırılmasına qarşı tədbirlərin• artırılmasını daha səmərəli etmək və qarşısını almaq məqsədilə, əhalinin pos terminallardan istifadəni sürətləndirəcək tədbirlərin vergilər nazirliyi birgə işlənməsi məqsədə uyğun olar və nəticə etibari ilə nəğdsiz ödənişlərin artırılmasnın sürətləndirilməsi;

Mərkəzi Bankın saytının daha interaktiv• formada təşkil edilməsi və elektron statistik məlumatların daha çevik əldə olunmasının təmin olunması və həmçinin, AMB-nın Strateji Planında yer alan modern Elektron Statitika sisteminin yaradılması sürətləndirilməsi vacib amildir (AMB, 2011). Bu interaktivlik və statitik bazanın təmin edilməsi, ölkə və xaricdə, Azərbaycan iqtisadiyyatı, maliyyə və bank sektoru ilə bağlı empirik elmi araşdırmaların və məqalələrin yazılmasını sürətləndirilməsinə və araşdırmaların sayının artırılmasına dəstək verə bilər. Bu özü-özlüyündə, gələcəkdə Azərbaycan iqtisadiyyatına investorların marağın artmasına və onların iqtisadiyyatımıza investitsiya imkanlarına cəlb edə bilər; Ölkəmizin istər iqtisadi və istərsədə siyasi• əlaqələrinin nəzərə alaraq, İslam Bankçılıının inkişafı etdirilməsi vacibdir. Həmçinin, 2009-cu ildə Bakının “İslam Mədəniyyətinin Paytaxtı” olmasını nəzərə alaraq, bu sistemin ilkin mexanizmlərinin yaradılması müsbət hal olardı. Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam Bankçılğının ilkin alətləinin tədbiqinə hazır olduğunu rəsmi olaraq açıqlamışdır (ABB, 2011). Bu təşşəbüsün Mərkəzi bank tərəfindən dəstəklənməsi önəmli və ölkəmizi sürətlə inkişaf edən və bir çox ölkələrə böyük 18

investitsiyalar yatıran ərəb banklarının və investorlarının ölkəmizin iqtisadiyyatına və bank sektoruna marağı artırar və gələcək iş birliklərinin əsasını qoya bilər; Maliyyə bazarların daha da• təkmilləşdirilməsi və İkinci dərəcəli bazarların inkişaf etdirilməsi nəzərdən keçirilməlidir. Çünki, ikinci dərəcəli bazarın uyğun funksionallağının olmaması Bankın borclanma prosedurlarına müəyyən maneələr yaradır (Nurməmmədov, 2009). Əksinə bu sistemin təkmilləşdirilməsi qısamüüdətli borclanmanın təmin edilməsinə təkan verə bilər;

Azərbaycanda bütün bankların• özəlləşdirilməsində dəstəyin artırılması və prosesin sürətləndirilməsi önəmlidir. ABB-nın özəlləşdirilməsi bank sektorunda rəqabəti sürətləndirməklə yanaşı, ABB-nın daha da sürətli inkişaf etməsinə və hal-hazırda BB+ reytinqyinin artmasına gətirəcəkdir. Misal olaraq qeyd edək ki, Gürcüstanda 1995-ci ildən bütün banklar özəlləşdirilmişdir (NBG, 2011);

Mərkəzi Bankda, elmi• araşdırmaların yazılması məqsədilə empirik təqdiqaqat bazasının formalaşdırılması sürətləndirilməlidir (AMB, 2011). Əgər həmin araşdırmalara artıq reallaşdırılırsa, AMB-nın rəsmi saytında həmin araşdırmaların yerləşdirilməsi uöurlu bir addım olardı. Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzində xətti ilə həmin empirik məqalələrə və ya bəynəlxalq jurnallarda çap oluna biləcək empirik araşdırmaların KİV-lərdə işıqlandırılması və AMB-nın müvafiq empirik araşdrımasını müəllif olduğu əməkdaşına xüsusi kiçik motivasiyanın ayrılması, müəəlliflərin iş fəaliyyətindən əlavə ildə bir dünya sıviyyəli araşdırmanın yazılmasına stimuı verə bilər;

Yeni gənc• araşdırmaçıların yetişdirilməsi, hal-hazırda ixtisaslı və beynəlxalq təcrübəyə sahib gənclərin empirik araşdırmalara cəlb olunması və potensiyalın ortalığa çıxardılması üçün əlavə tədbirlər görülməldir. Bu məqsədlə universitetdə hazırda AMB tərəfindən reallaşdırılan “Junior Achievement” və digər təlim proqramları davamlı olması önəmlidir;

Azərbaycan universitetlərində AMB-ın əsas• fəaliyyət istiqamətləri, makro-iqtisadi göstəricilər və nəticələr barəsində vaxtaşırı seminarların təşkil edilməsi müsbət hal olar və iqtisadiyyat səhəsi üzrə təhsil alan gənclərə daha nəzəri və təcrübi biliklər verə bilər;

Sadalanan məsələləri nəzərdən keçirmək və reallaşdrımaqla, makroiqtisadi və maliyyə sabitliyin əldə olunması üzrə institusional və empirik təhlilə istinad edən bazasının yaradılması və gücləndirilməsi, fəaliyyətin effektivliyini təmin edən korporativ idarəetmənin daha səmərəli təşkil sürətləndiriləcəkdir. Həmçinin, nəticədə Mərkəzi Bank ictimai həyatda fəaliyyətinin daha da genişləndiriləsi və işıqlandırılmasına nail oluna bilər.


Nəticə

Pul-valyuta və digər monetar alətlərlə maliyyə sabitliyinin qorunub saxlanılması nəticəsində Azərbaycan Respublikasının Mərkəzi Bank məhz ölkə iqtisadiyyatının inkişafında nəinki 2003-2011-ci illər və həmçinin sözügedən dövrə qədər önəmli rol oynamaqla iqtisadi artımı daima dəstəkləmişdir. Qeyd edilməlidir ki, davamlı maliyyə sabitliyi nəticəsində “Birinci və İkinci Nəsil Modellərin” (Pelbeam, 2006) uyğun olaraq Mərkəzi Bankın fəaliyyəti dövründə digər ölkələrdən fərqli olaraq, Azərbaycan İqtisadiyyatı və Milli Valyutası, Manat heç bir böhrana məruz qalmamış və xarici spekulativ risklərdən neytrallaşdırılmışdır. Bu məhz, uğurlu geniş monetar siyasət nəticəsi olaraq, AMB pul kütəsinə nəzarət etmiş və inflasiya sabit saxlanılmış və maliyyə bazarlarının inkişafına müsbət təsir etmişdir.

Mərkəzi bank, təkcə, 2003-2011-ci illər üzrə deyil, fəaliyyətinin bütün dövrlərində Azərbaycan iqtisadiyyatının inkişaflnda və Bank Sektorunun artım dinamikasında əvəzsiz rol oynamışdır. Bu fəaliyyətin nəticəsi olaraq, bu gün Azərbaycan Bank Sektorun demək olar ki, ən rəqabətli və şəffaf sektor kimi iqtisadiyyatımızda aparıcı rola malikdir. Eynilə, bankın həm bank daxili və həm də bankdan kənar fəaliyyət ilə insan kapitalına verdiyi dəstək bank sektoruna da sirayət etmişdir. Nəticədə, nüfuzlu reytinq agentliyi Moody Azərbaycanının bank sektornun inkişafını yüksək qiymətləndirmiş və bu qiymətin makro-iqtisadi inkişaf ilə paralel inkişaf etdiyini və kapitallaşmanın və bank aktivlərinin keyfiyyətinin artığını ön plana çəkmişdir (Moody, 2010).

Yekunda, Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri cənab Elman Rüstəmavun qeyd etdiyi kimi, “Bizim düşüncəmizdə XXI əsrin Mərkəzi Bankının ideal obrazı – missiyasına effektiv nail olan, bununla cəmiyyətin rifahına xidmət edən, müasir menecmentə, inkişaf etmiş insan kapitalına, yüksək korporativ dəyərlərə və mədəniyyətə malik etibarlı, şəffaf və modern dövlət təsisatı deməkdir”. Cənab sədrin vurğuladığı kimi, Mərkəzi Bank uzun illər fəaliyyəti dövründə korporativ və inteluktual idarə etmənin və formalaşdırdığı kadr siyasətinin bariz nümunəsi olaraq, iqtisadiyyatımızın inkişafında uğurlu bir “idaretmənin simvolu” kimi qəbul edilər bilər. Son olaraq, məqalənin əvvəlində verilən suallara qayıtsaq, nəticəyə gəlinir ki, -bəli- məhz Mərkəzi Bankın illər ərzində monetar siyasəti ilə iqtisadi artıma dəstəkləmiş və əhalinin sosial-iqtisadi həyatında və iqtisadi qərarların formalaşdırılmasına dəstək vermişdir. Həyata keçirilən pul-valyuta siyasəti, tənzimləyici və nəzarət vasitələri, o cümlədən, digər monetar və dəstək mexanizimləri ilə bank sektorunun dinamik inkişafı sürətlənmişdir.


 
Created by Azerin LLC